Dərnəgül yolunda böyük tıxac yaranıb - FOTO

Dərnəgül yolunda böyük tıxac yaranıb - FOTO Prospektdə yaranan gölməçələr hərəkəti iflic edib
İnfrastruktur
29 Mart , 2016 10:29
Dərnəgül yolunda böyük tıxac yaranıb - FOTO

Bakı. 29 mart. REPORT.AZ/ Bakıda Ziya Bünyadov prospektində (keçmiş Dərnəgül) avtomobillərin böyük tıxacı yaranıb. Səhər saatlarından yola çıxan sürücülər əraziyə daxil olduqdan sonra hərəkət edə bilmirlər. Sürücülərin "Report"a verdiyi məlumata görə, prospektdə 1 saatdan artıqdır avtomobillərində hərəkətsiz vəziyyətdə gözləyirlər.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, yağışla əlaqədar prospektin müxtəlif hissələrində gölməçələr əmələ gəlib.

"Eyni zamanda yağış yağarkən avtomobillərin sürəti istər-istəməz azaldılır. Yağış gecədən yağır və yollarda gölməçələr əmələ gəlib", - deyə əlavə edilib.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, hazırda Ziya Bünyadov prospektinə (“Çermet” körpüsü yaxınlığında) briqadalar, xüsusi maşınlar səfərbər edilib: "Yağış sularının yola çıxmaması üçün kanalizasiya xətlərini su maşınları ilə yoxlayırıq, dəmir barmaqlıqları təmizləyirik. Digər ərazilərdən bizə lokal zənglər daxil olur". 

Son xəbərlər

Orphus sistemi