Azərbaycan dənizçiləri məcburi köçkün ailələrinə bayram sovqatı çatdırıb

Azərbaycan dənizçiləri məcburi köçkün ailələrinə bayram sovqatı çatdırıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
İnfrastruktur
22 May , 2020 15:32
Azərbaycan dənizçiləri məcburi köçkün ailələrinə bayram sovqatı çatdırıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər. 

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.

Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.

Son xəbərlər

Orphus sistemi