Dəmir yolu xəstəxanası MMC-yə çevrilib

Dəmir yolu xəstəxanası MMC-yə çevrilib Tibb müəssisəsi adını dəyişib
İnfrastruktur
14 İyun , 2017 10:23
Dəmir yolu xəstəxanası MMC-yə çevrilib
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Dəmir Yolu Xəstəxanası adını dəyişdirib.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, tibb müəssisəsi yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin "Bakı Dəmir Yolu Xəstəxanası" MMC-yə çevrilib.

Bundan başqa, Azərbaycan Dövlət Dəmir Yolu Xaçmaz Dəmir Yol Xətt Ambulatoriyası da adını dəyişdirib. Ambulatoriya yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidməti "Xaçmaz Dəmir Yolları Ambulatoriyası" MMC olub. 

Son xəbərlər

Orphus sistemi