Yuxarı

Azərbaycanın dəmir yollarında innovativ taksi sistemi fəaliyyət göstərəcək

Dəmir yollarında innovativ taksi sistemi fəaliyyət göstərəcək

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədi “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer”in prezidenti Hikmət Abdullayev imzalayıblar.

Memorandumun məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsinin birgə həyata keçirilməsində əməkdaşlığın təmin edilməsidir. Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək. “ASAN Railway” sisteminin artıq ilkin modeli laborator mühitdə hazırdır və müvafiq memorandum prosesi daha da sürətləndirəcək. “ASAN Railway” sistemi ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi