Dəllər-Şəmkir dəmir yolu xətti əsaslı təmir olunur

Dəllər-Şəmkir dəmir yolu xətti əsaslı təmir olunur Bakı. 7 fevral. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.
İnfrastruktur
7 Fevral , 2018 09:41
Dəllər-Şəmkir dəmir yolu xətti əsaslı təmir olunur

Bakı. 7 fevral. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində dəmir yolunun Dəllər-Şəmkir mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bir həftə davam edəcək təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə, ADY və Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 450 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi