Daşkənddə beynəlxalq tikinti sərgisi keçiriləcək

Daşkənddə beynəlxalq tikinti sərgisi keçiriləcək Sərgiyə Azərbaycanın tikinti şirkətləri də dəvət olunub
İnfrastruktur
19 Dekabr , 2015 12:38
Daşkənddə beynəlxalq tikinti sərgisi keçiriləcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Gələn il martın 2-4-də Daşkənddə (Özbəkistan) “Uzbuild 2016” XVII və “Aqua-therm-2016" adlı V beynəlxalq sərgiləri keçiriləcək.

"Report" bildirir ki, sərgilərdə Avstriya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Qazaxıstan, Çin, BƏƏ, Polşa, Rusiya, ABŞ, Türkiyə, Özbəkistan, Ukrayna, Belarus, İsveçrə, Cənubi Koreya kimi qabaqcıl dövlətlərin 100-dən çox şirkətinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, sərgiyə Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssislər də dəvət olunub.

Son xəbərlər

Orphus sistemi