Bakı. 28 sentyabr. REPORT.AZ/ Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı təsdiq edilib.
“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
“Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı” təsdiq edilsin (əlavə olunur)", - deyə qərarda bildirilir.