Azərbaycan-Rusiya gömrük-sərhəd məntəqələrin buraxılış qabiliyyətinin artırılması ilə bağlı fəaliyyət planı hazırlanıb - EKSKLÜZİV

Azərbaycan-Rusiya gömrük-sərhəd məntəqələrin buraxılış qabiliyyətinin artırılması ilə bağlı fəaliyyət planı hazırlanıb - EKSKLÜZİV Respublika ərazisindən piyadaların, minik, yük nəqliyyat vasitələrinin, eləcə də sərnişin avtobuslarının müxtəlif istiqamətlər üzrə hərəkətinin həyata keçirildiyi əsas gömrük postlarının sutkalıq iş rejimində fəaliyyəti artıq təşkil edilib.
İnfrastruktur
30 Sentyabr , 2019 10:52
Azərbaycan-Rusiya gömrük-sərhəd məntəqələrin buraxılış qabiliyyətinin artırılması ilə bağlı fəaliyyət planı hazırlanıb - EKSKLÜZİV

Respublika ərazisindən piyadaların, minik, yük nəqliyyat vasitələrinin, eləcə də sərnişin avtobuslarının müxtəlif istiqamətlər üzrə hərəkətinin həyata keçirildiyi əsas gömrük postlarının sutkalıq iş rejimində fəaliyyəti artıq təşkil edilib.

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib.

Onun sözlərinə görə, 24 saatlıq iş rejimində fəaliyyət göstərməyən gömrük postları Şimal Ərazi Baş Gömrük İdarəsinin tabeliyində “Şirvanlı” və “Zuxul”, Cənub Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Horadiz”, Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Muğanlı” və “Sadıxlı” gömrük postlarıdır: “Bütün gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etmək mümkündür və bunun üçün maddi texniki bazamız kifayət qədərdir. Lakin gömrük-sərhəd buraxılış məntəqəsinin sutkalıq iş rejimində fəaliyyətini təmin etmək müqabil ölkə ilə qarşılıqlı qaydada razılaşdırılmalıdır və sözsüz ki, bu işdə bir neçə amillər nəzərə alınmalıdır”.

Ş. Ələsgərov bildirib ki, bunlardan əsasları postun 24 saat fəaliyyət göstərməsində ehtiyyacın zəruriliyi, iqtisadi səmərəliliyi, qarşılıqlı infrastruktur imkanları və müqabil tərəflərin iradəsi və səyindən ibarətdir: “Qeyd etmək istərdim ki, bu yaxınlarda Rusiya Federasiyasının Şimal Qafqaz Gömrük İdarəsi ilə birgə əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Dərbənd şəhərində təşkil edilmiş görüşdə iştirak etdik və qeyd olunan görüşdə həmsərhəd ölkənin gömrük postlarından mallların və nəqliyyat vasitələrinin sürətli keçidi ilə əlaqədar fəaliyyətin koordinasiya edilməsi, eyni zamanda “Şirvanlı” və “Xanoba” gömrük-sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin buraxılış qabiliyyətinin artırılması üzrə müzakirələr aparılıb həmçinin bununla əlaqədar fəaliyyət planı da təsdiq olunma mərhələsindədir”.

Son xəbərlər

Orphus sistemi