Yuxarı
    Bağlamaq

    Çindən Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib

    Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır

    Bakı. 11 aprel. REPORT.AZ/ Çin hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib. Onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri var. Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

    Bu gün Çindən Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib.

    Tədbirdə Azərbaycan Nazirlər Kabineti, “Azərbaycan Dəmir Yolları" QSC, “Azəravtoyol” Dövlət Şirkəti və Çinin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, avtomaşınlar Çin və Azərbaycan hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində gətirilib. Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi