Yuxarı

Cavid Qurbanov: "Bakı-Sumqayıt yolu ətrafında xeyli qanunsuz tikili var"

Bunların əksəriyyətinin sənədi yoxdur və bəziləri söküləcək

Bakı. 3 avqust. REPORT. AZ/ Bakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililər var. Bəzi tikililər sökülür, sökülməsi mümkün olmayanların isə yenidən qeydiyyatı aparılır. "Report"un xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. 

Onun sözlərinə görə, dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayı həddindən artıq çoxdur: "Əksəriyyətinin sənədi yoxdur. Yeni qeydiyyata alınmadan sonra bütün sənədlər hökumətə təqdim olunacaq".

"Bununla bağlı dövlət başçısının bir neçə sərəncamı var və bu, olduqca həssas məsələdir. Ona görə də məsələ xüsusi yanaşma tələb edir", - deyə C.Qurbanov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi