Yuxarı
    Bağlamaq

    ​Cavid Qurbanov Aktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılış mərasimində iştirak edib

    Zavodun fəaliyyəti haqda “Azərbaycan Dəmir Yolları”nın sədrinə məlumat verilib

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstanın baş naziri Kərim Məsimovun iştirakı ilə Aktobe şəhərində Aktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışına həsr olunmuş təntənəli mərasım keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirak edib.

    Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi xəbərə görə, tədbir çərçivəsində C.Qurbanov Aktyubinsk rels istehsalı zavodu ilə tanış olub. "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin zavodun fəaliyyəti, istehsal gücü, iş prinsipi barədə C.Qurbanova məlumat verib.

    Bildirilib ki, zavod Qazaxıstan Respublikasının sənaye və innovasiya inkişafı üzrə Dövlət Proqramı çərçıvəsində "Qazaxıstan Dəmir Yolları" SC tərəfindən inşa edilib və 13 fevral 2013-cü ildən fəaliyyət göstərir, strateji əhəmiyyətə malikdir. 760 nəfər işçisi olan zavod əsasən yüksəksürətli dəmir yolu xətləri üçün uzunluğu 120 metr olan R-65 markalı rels istehsal edir. Zavodun hazır məhsul üzrə illik istehsal gücü 430 min tondur. Bunun 200 min tonu rels, 230 min tonu isə müxtəlif yardımçı metal materiallardır. Aktyubinsk rels istehsalı zavodu "Qazaxıstan Dəmir Yolları" SC-nin relsə olan tələbatını tam ödəməklə yanaşı, xarici ölkələrdən olan sifarişləri də istehsal etmək gücünə malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi