Buxarestdə TRACECA-nın növbəti iclası keçiriləcək

Buxarestdə TRACECA-nın növbəti iclası keçiriləcək Azərbaycanı iclasda Akif Mustafayev təmsil edəcək
İnfrastruktur
22 May , 2017 04:00
Buxarestdə TRACECA-nın növbəti iclası keçiriləcək

Buxarest. 22 may. REPORT.AZ/ Mayın 23-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin iclası keçiriləcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rumıniya Parlamentinin inzibati binasında baş tutacaq toplantıda cari il üzrə fəaliyyət planı, strateji yol xəritəsi layihəsi, maliyyə məsələləri, mövcud layihələrin icrasının gedişi və digər məsələlər müzakirə olunacaq.

Ölkəmizi iclasda TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev təmsil edəcək.

Hazırda TRACECA-nın Hökumətlərarası Komissiyasına Ukrayna sədrlik edir.

Qeyd edək ki, 2001-ci ildən Bakıda fəaliyyətə başlayan TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi əlaqələndirmə funksiyasını icra edir.

Son xəbərlər

Orphus sistemi