"Buta Airways"ın təyyarəsində nasazlıq yaranıb

"Buta Airways"ın təyyarəsində nasazlıq yaranıb Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Hava Yolları QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.
İnfrastruktur
18 Fevral , 2019 17:54
Buta Airwaysın təyyarəsində nasazlıq yaranıb

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb. 

Bu barədə xəbəri "Report"a AZAL-ın sözçüsü Paşa Kəsəmənski təsdiqləyib. 

Onun sözlərinə görə, uçuşun həyata keçirildiyi "Embraer" markalı sərnişin təyyarəsində nasazlıq yaranıb. Sərnişinlər AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar. 

Son xəbərlər

Orphus sistemi