Bakı-Sumqayıt yolunun genişləndirilməsi tıxac və avtomobillərin sıxlığını aradan qaldıracaq

Bakı-Sumqayıt yolunun genişləndirilməsi tıxac və avtomobillərin sıxlığını aradan qaldıracaq “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çox böyük rol oynayır”.
İnfrastruktur
3 Aprel , 2020 15:57
Bakı-Sumqayıt yolunun genişləndirilməsi tıxac və avtomobillərin sıxlığını aradan qaldıracaq
0 : 00
0 : 00

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çox böyük rol oynayır”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Bakının şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından bu layihənin olduqca mühüm əhəmiyyəti var: “Layihənin icrası ilə nəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin olunacaq”.

Son xəbərlər

Orphus sistemi