Azərbaycanda avtomobil istehsalı 7 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 7 dəfə artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 mln manatlıq məhsul istehsal edilib.
İnfrastruktur
20 İyun , 2019 10:10
Azərbaycanda avtomobil istehsalı 7 dəfə artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 mln manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9%, maşın və avadanlıqların istehsalı 15,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8% azalıb.

Dövr ərzində 631 ədəd traktor istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətdə 0,2% çoxdur. Bu il ərzində ölkədə 926 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 7,1 dəfə çoxdur.

İl ərzində ölkədə fəvvarə armaturunun istehsalı 28%, ştanqlı quyu nasoslarının istehsalı 38,6%, mancanaq dəzgahlarının istehsalı 21,6% artıb.

Son xəbərlər

Orphus sistemi