Yuxarı

Bu il Çin-Azərbaycan-Avropa dəhlizi ilə 53 konteyner qatarı yola salınacaq

Bu qatarlar Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən yükdaşımalar həyata keçirəcək

Bakı. 3 iyun. REPORT.AZ/ Bu il ərzində Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi (BTND) vasitəsilə Çindən Bakı (Azərbaycan) və Tbilisidən (Gürcüstan) keçməklə İstanbula (Türkiyə) 53 konteyner qatarının yola salınması planlaşdırılır. "Report"un "Express-K" portalına istinadən verdiyi xəbərə görə, bunu "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin bildirib.

"Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi üzərindən "Nomad Express" konteyner servisi buraxılıb, Çindən Azərbaycan, Türkiyə, Ukrayna və geriyə pilot konteyner qatarları təşkil edilib", - deyə A.Mamin qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, "Nomad Express" vasitəsilə Baltikyanı ölkələrdən keçərək, Qara dəniz limanlarından ötməklə, Qazaxıstan, Mərkəzi Asiya ölkələri və Çinə konteyner qatarlarının buraxılması planlaşdırılır: "2020-ci ilə kimi Asiya ilə Avropa arasında körpü kimi Trans-Xəzər marşrutunun potenisalı, yəni konteyner sayı TEU (ölçü vahidi) ekvivalentində 300 min ədəd təşkil edəcək".

"Çin-Avropa-Çin, Şimal-Cənub, BTND üzərindən optimal tranzit dəhlizlər yaradılır. Bütövlükdə, 2020-ci ilədək bu dəhlizlərdən yükdaşınmanın potensialı - konteyner sayı 2 mln. ədəd olacaq. Bununla yanaşı, 2016-cı ildə Qazaıstan üzərindən Çin-Avropa İttifaqı-Çin istiqamətində 100 min konteyner daşınacaq", - qeyə Qazaxıstan nümayəndəsi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi