Bu il Azərbaycanın hava məkanından istifadə etməklə rekord sayda reys həyata keçirilib

Bu il Azərbaycanın hava məkanından istifadə etməklə rekord sayda reys həyata keçirilib ​Azərbaycanın hava məkanından rekord sayda reys istifadə edilib
İnfrastruktur
26 Dekabr , 2018 12:32
Bu il Azərbaycanın hava məkanından istifadə etməklə rekord sayda reys həyata keçirilib
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) bu il Azərbaycanın hava məkanından istifadə etməklə həyata keçirilən 150 min reysi qeydə alıb. 

Bu barədə “Report”a AZAL-dan bildirilib. 

Məlumata görə, bunların 95 mini tranzit reyslərdir. 

“Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olub. Sutka ərzində rekord say 500 reys təşkil edib. Həmin reyslərlə ümumilikdə 26 mln. sərnişin daşınıb. 6 min reys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilib. Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınını xeyli artırmağa imkan verib” ,- məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi