Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dək artıb

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dək artıb Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 32,4 mlrd. manata bərabər olub.
İnfrastruktur
11 Dekabr , 2018 12:45
Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-dək artıb
Report

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 32,4 mlrd. manata bərabər olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 16 272,7 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 164,1 mln. manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2%3,3% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 16,9%-i ticarət müəssisələri, 51,3%-i fərdi sahibkarlar tərəfindən, 31,8%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,3% artıb, fərdi sahibkarlar üzrə 1%, bazar və yarmarkalarda 4,2% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi