Yuxarı
    Bağlamaq

    Azərbaycan Rusiyadan 2 255 yeni vaqon alıb

    Onlar müxtəlif təmayüllü yük vaqonlarıdırlar

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 2 255 yeni yük vaqonu gətirilib. Onların 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1 000-i yarımvaqon, 450-si çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur. Bu, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumatda bildirilir.

    Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır: "Yükdaşımalara olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir".

    Xatırladaq ki, 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiyanın F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb və “Uralvaqonzavod”dan 2 900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.

    “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəyə gətirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi