Yuxarı

Bu gündən Xəzərdə "Atlet-5" kran gəmisi istifadəyə verilib

Gəminin bütün qurğuları yenicə təmirdən çıxıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün 40 tonluq “Atlet-5” kran gəmisi Bibiheybət Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxaraq istismara qayıdıb. Gəminin gövdəsi, mexanizmləri, o cümlədən kran qurğuları təmir olunub, heyətin iş və həyat şəraiti müasir tələblərə uyğun təmin edilib. Bu, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a daxil olan məlumatda deyilir. 

Hazırda zavodun körpüsündə 100 tonluq “Şirvan-2” kran gəmisinin əsaslı təmiri yekunlaşmaq üzrədir. O da yaxın günlərdə istismara qayıdacaq və sifarişləri yerinə yetirməyə başlayacaq. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayır. Bu tip gəmilərə daim tələbat olduğundan, onların texniki vəziyyətinə xüsusi diqqət yetirilir, təmir prosesində bütün aidiyyəti qurumlarımız yaxından iştirak edir", - deyə məlumatda qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi