Yuxarı

​Bu gündən Bakıda ictimai nəqliyyatın iş saatları dəyişdirilib

Paytaxtda avtobuslar yeni qrafiklə işləyir

Bakı. 4 may. REPORT.AZ/ Artıq bu gündən Bakıda I Avropa Oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejimində çalışmağa başlayıb. Bu barədə "Report"a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Ə.Cəfərov deyib ki, sərnişin avtobuslarının iş saatları fərqlidir: "Bu gündən avtobuslar saat 05:30-dan xəttə çıxarılıb və növbəli şəkildə gecə saat 01:02-yə qədər işləyəcək".

Xatırladaq ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxlı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilib:

- isçilərin 25%-i üçün saat 08:00-dan saat 17:00-dək;

- işçilərin 25%-i üçün saat 08:30-dan saat 17:30-dək;

- işçilərin 25%-i üçün saat 09:00-dan saat 18:00-dək;

- işçilərin 25%-i üçün saat 09:30-dan saat 18:30-dək;

Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:

- işçilərin 50%-i üçün saat 08:00-dan saat 17:00-dək;

- işçilərin 50%-i üçün saat 08:30-dan saat 17:30-dək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi