“Türk Hava Yolları”nın Bakı ofisinin müdiri “Report”da olub

“Türk Hava Yolları”nın Bakı ofisinin müdiri “Report”da olub THY Bakı ofisin Azərbaycanın aparıcı media qurumları ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir
İnfrastruktur
7 İyun , 2016 17:30
“Türk Hava Yolları”nın Bakı ofisinin müdiri “Report”da olub

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin müdiri Seyfullah İlyas “Report” İnformasiya Agentliyinin redaksiyasında olub.

Əvvəlcə qonaq Agentliyin müxtəlif şöbələrinin iş fəaliyyəti ilə tanış olub, “Report”un redaktor heyəti, iqtisadiyyat və digər şöbələrin əməkdaşları ilə görüşüb.

Agentliyin baş redaktoru Murad Əliyev görüşdə “Report”un fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, Agentlik regionda və dünyada, həmçinin beynəlxalq aləmdə baş verən iqtisadi, siyasi prosesləri, dəyişiklikləri geniş işıqlandırır.

S.İlyas öz növbəsində bildirib ki, təmsil etdiyi şirkət son illər Azərbaycanda fəaliyyətini xeyli genişləndirib. Onun sözlərinə görə, THY Bakı ofisin Azərbaycanın aparıcı media qurumları ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

“Report”da peşəkar əməkdaşlar və effektli iş prosesi üçün yaradılan şəraitdən məmnun qaldığını bildirən S.İlyas Agentliyə işində uğurlar arzulayıb və gələcəkdə informasiya sahəsində geniş əməkdaşlıq qurulacağına ümidvar olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi