Yuxarı
    Bağlamaq

    ​Bu gün paytaxtın Nəsimi rayonunda su problemi olacaq

    Bu, Nəsimi rayonunun A.Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə bağlıdır

    Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Nəsimi rayonunda əhaliyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    "Azərsu" ASC-dən "Report"a bildirilib ki, Nəsimi rayonunun A.Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar dekabrın 19-da gün ərzində 3-cü Alatava yaşayış massivi, A.Salamzadə, C.Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində fasilələr olacaq.

    "Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir", - deyə şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi