Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Nərimanov rayonunda içməli su təchizatında məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilən magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar gün ərzində rayonunun bir hissəsində olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.