Yuxarı
    Bağlamaq

    ​Bu gün İstanbuldan Bakıya uçacaq reysdə gecikmə gözlənilir

    Təyyarə Atatürk Hava Limanından havaya qalxmalıdır

    Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün fevralın 21-nə keçən gecə İstanbulun Atatürk Hava Limanından Bakıya uçmalı olan reysdə ləngimə olacağı gözlənilir.

    "Report" Atatürk Hava Limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, Azərbaycan Hava Yollarının həyata keçirəcəyi "J2078B" saylı reys gecə saat 00:50 radələrində uçmalıdır.

    Qeyd edək ki, bir neçə gündür Türkiyədə güclü qar yağması səbəbindən 800-ə yaxın təyyarə reysi təxirə salınıb, eyni zamanda təyyarələrin uçuş vaxtlarında gecikmələr müşahidə olunur.

    Bu gün İstanbulun sözügedən hava limanından "Turkish Airlines" aviaşirkətinin 10:30-da Bakıya təşkil edəcəyi uçuşda heç bir gecikmə gözlənilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi