Bu gün axşam Bakıda əksər küçələr bağlanacaq

Bu gün axşam Bakıda əksər küçələr bağlanacaq Yollarda piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək
İnfrastruktur
17 Aprel , 2017 17:39
Bu gün axşam Bakıda əksər küçələr bağlanacaq

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün axşam saat 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore" yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

"Azəravtoyol” ASC -dən "Report"a daxil olan məlumata görə, qeyd edilən yollarda Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək. 

"Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir",- deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi