Yuxarı
    Bağlamaq

    ​Bu gün Bakıda daha iki yol bağlanacaq

    Yollar səhər saatlarına qədər bağlı olacaq

    Bakı. 18 may. REPORT.AZ/ Bu gecə Bakı şəhərinin Xətai rayonunda Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonundakı Zərifə Əliyeva küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətləri, piyada keçidləri və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

    “Azəryolservis” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi