Yuxarı

Bu gecə Bakıda daha bir yol bağlanacaq

Küçə nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlı olacaq

Bakı. 1 fevral. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Abbas Mirzə Şərifzadə və Həsən bəy Zərdabi küçələri ilə kəsişmələri arasında yerləşən təqribən 320 metrlik hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq. "Azəryolservis" ASC-dən "Report"a daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar həyata keçiriləcək. 

Qeyd edilən küçənin həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinə fevralın 1-dən 2-nə keçən gecə məhdudiyyət qoyulacaq.

M.Xiyabani küçəsinin A.M.Şərifzadə və H.Zərdabi küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitəndən sonra bərpa ediləcək.

"Həmin hissədə aparılacaq təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunacaq, köhnə səki daşları da sökülərək, hər iki istiqamət üzrə yeni səki daşları düzüləcək. Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunacaq", - deyə şirkətdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi