Bu gecə Bakı-Sumqayıt yolunda təmir işləri başlayır

Bu gecə Bakı-Sumqayıt yolunda təmir işləri başlayır Bakı. 31 iyul. REPORT.AZ/ Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
İnfrastruktur
31 İyul , 2018 09:31
Bu gecə Bakı-Sumqayıt yolunda təmir işləri başlayır
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna, dairə istiqamətinə yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Son xəbərlər

Orphus sistemi