​Bu axşam Bakının bəzi küçələrində yol bağlanacaq

​Bu axşam Bakının bəzi küçələrində yol bağlanacaq Bəzi küçələrdə üfüqi nişanlanma xətlərinin rənglənməsi həyata keçiriləcək
İnfrastruktur
22 Aprel , 2015 16:07
​Bu axşam Bakının bəzi küçələrində yol bağlanacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün saat 22:00-dan etibarən Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Report"un məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, işlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi