Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Bu, "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda qeyd edilib.
"Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.