Bu axşam Bakı küçələrinə xüsusi zolaqlar vurulacaq

Bu axşam Bakı küçələrinə xüsusi zolaqlar vurulacaq Bu, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri çərçivəsində icra olunacaq
İnfrastruktur
29 Mart , 2017 16:09
Bu axşam Bakı küçələrinə xüsusi zolaqlar vurulacaq
Report.az

Bakı. 29 mart. REPORT.AZ/ Bu axşam mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir. 

"Report" xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.

Onun sözlərinə görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospektində ("Azneft" meydanından) başlanılır.

"Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin "Azneft" meydanından Əl Oyunları İdman Sarayına qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə ("Azneft" meydanı-Bayraq meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub", - A.Nəcəfli əlavə edib.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Son xəbərlər

Orphus sistemi