BTQ üçün alınan sərnişin qatarı Türkiyəyə çatdırılıb
İnfrastruktur
- 23 mart, 2019
- 07:47
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində Bakı-Ankara-Bakı reysi üzrə hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb. “Report”un “Kars Manşet” nəşrinə istinadən verdiyi xəbərə görə, İsveçrənin “Stadler” şirkətinə məxsus qatarlar 6 gün ərzində Türkiyəyə çatdırılıb.
Bakı-Ankara reysi üzrə gecə səfərləri edəcək qatarda 9 yataqlı vaqon və 1 yemək vaqonu olacaq.
Lokomotiv vasitəsi ilə hərəkət etdirilərək gətirilən vaqonlar Azərbaycana yola salınacaq.
Qeyd edək ki, BTQ üzrə Bakı-Ankara-Bakı reysi 2019-cü ilin sonunda fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.
Son xəbərlər
22:59
Rusiya və Hindistan sülhü qorumaq üçün qarşılıqlı olaraq qoşun göndərmək barədə razılığa gəliblər
Region22:48
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
Region22:23
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
Digər ölkələr21:55
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!
Elm və təhsil21:52
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir
Digər ölkələr21:32
Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
Futbol21:13
Azərbaycan Basketbol Liqası: "Sabah" yarımfinala vəsiqə qazanıb
Komanda21:03
Foto
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - YENİLƏNİB
Xarici siyasət20:59