BNA: Sərnişinlər fövqəladə hallarda təxliyyə üçün lazım olan vasitədən istifadə edərək avtobusun qapısını açır və yolun ortasında düşürlər - VİDEO

BNA: Sərnişinlər fövqəladə hallarda təxliyyə üçün lazım olan vasitədən istifadə edərək avtobusun qapısını açır və yolun ortasında düşürlər - VİDEO Qurum sərnişinləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb
İnfrastruktur
4 May , 2017 15:20
BNA: Sərnişinlər fövqəladə hallarda təxliyyə üçün lazım olan vasitədən istifadə edərək avtobusun qapısını açır və yolun ortasında düşürlər - VİDEO

Bakı. 4 may. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına məhəl qoymayan sərnişinlərlə bağlı yaranmış vəziyyətlə əlaqədar bütün sərnişinlərə müraciət edib.  

Bu barədə BNA-dan "Report"a daxil olan məlumatda bildirilir. 

Müraciətdə sərnişinlər təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamağa çağırılır.

"Bakıda avtobusda cavan oğlan digər nəqliyyat vasitələri kimi, öz olduğu avtobusun da svetoforda saxlamasını qəbul etməyərək avtobusun qapısını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün təhlükə yartmış olur. Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

İctimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur.

Bu və bir neçə gün bundan əvvəl 61 nömrəli marşrut xəttində baş verənlər bir daha sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davaranış qaydaları ilə bağlı müxtəlif maarifləndirici tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu göstərir. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə bütün lazımi tədbirləri yerinə yetirməkdədir. Sərnişinlərdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerində düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik",- BNA-nın məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi