BNA: Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək

BNA: Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək 125 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib
İnfrastruktur
30 Aprel , 2018 10:13
BNA: Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək

Bakı. 30 aprel. REPORT.AZ/ Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan əvvəlki rejimdə işləyəcəklər.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report" a verilən məlumata görə, fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahdan sərnişinlərimizə xidmət göstərəcək.

Son xəbərlər

Orphus sistemi