BNA: Hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir

BNA: Hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir Bakı. 4 iyul. REPORT.AZ/ Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə olunur.
İnfrastruktur
4 İyul , 2018 08:46
BNA: Hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir

Bakı. 4 iyul. REPORT.AZ/ Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə olunur.

Bunu "Report"a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.

"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi