BNA: Bakıda son bir ildə avtobusların iştirakı ilə baş verən qəza və ölüm hallarının sayı 89% azalıb

BNA: Bakıda son bir ildə avtobusların iştirakı ilə baş verən qəza və ölüm hallarının sayı 89% azalıb Vüsal Kərimli: "1 551 avtobusda GPS-izləmə cihazları quraşdırılıb"
İnfrastruktur
21 Dekabr , 2016 12:05
BNA: Bakıda son bir ildə avtobusların iştirakı ilə baş verən qəza və ölüm hallarının sayı 89% azalıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda son bir ildə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəza və ölüm hallarının statistikasında 89% azalma müşahidə edilib. "Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib. 

V.Kərimli ictimai nəqliyyatda vahid kart ödəniş sisteminə keçidin ötən bir ildə tətbiq edildiyini qeyd edərək, 450 ədəd avtobusda nağdsız ödəniş kart sisteminin quraşdırıldığını qeyd edib: "1 551 ədəd avtobusda GPS-izləmə cihazları quraşdırılıb". 

V.Kərimli əlavə edib ki, 2017-ci ildə "28 May" metro stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanına həyata keçirilən ekspress xətt marşrutlarının sayının 2017-ci ildə artırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi