BNA: Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb

BNA: Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb Bakı. 16 avqust. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.
İnfrastruktur
16 Avqust , 2018 17:42
BNA: Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb

Bakı. 16 avqust. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.

"Report" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

O bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır. 

Son xəbərlər

Orphus sistemi