Yuxarı
    Bağlamaq

    "Birləşmiş Sukanal" MMC nasosların alınması üçün tender keçirir

    İddiaçılar tender təkliflərini mayın 11-dək təqdim etməlidir

    Bakı. 30 mart. REPORT.AZ/ “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” ­MMC EDN tipli nasosların və ehtiyat hissələrinin satın alınması məqsədilə açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Tender iki lot - EDN tipli nasosların (lot-1), EDN tipli nasoslar üçün ehtiyat hissələrinin (lot-2) alınması üzrə keçirilir.

    Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 200 manat məbləğində iştirak haqqı ödəməlidirlər.

    İştirakçılar tələb olunan sənədləri mayın 3-ü saat 18:00-dək “Birləşmiş Sukanal” MMC-yə (Bakı, general Akim Abbasov küçəsi, 110), tender təklifini isə mayın 11-i saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir. Təklif zərfləri mayın 12-si saat 15:00-da açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi