​Binəqədi rayonunda 5 küçədə yolların təmirinə başlanılıb

​Binəqədi rayonunda 5 küçədə yolların təmirinə başlanılıb Ümumilikdə, burada 12,5 min kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq
İnfrastruktur
10 Sentyabr , 2015 11:08
​Binəqədi rayonunda 5 küçədə yolların təmirinə başlanılıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda bir neçə küçənin kəsişmələrinin təmirinə başlanılıb. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, təmir əsasən Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələri uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsini əhatə edəcək.

Qeyd edilən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyacı olan yerlərdə yol yatağı bərkidiləndən sonra, bu əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burada 12,5 min kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq və 1,5 min paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə start verilib.

Təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdiriləcək. Bütün işlər qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi