Yuxarı
    Bağlamaq

    Balaxanı-Binəqədi avtomobil yolunun bir hissəsi 4 gün bağlı olacaq

    Ərazidə təmir işləri aparılacaq

    Bakı. 14 avqust.REPORT.AZ/ Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

    "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, tətbiq ediləcək.

    "Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi