Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir
İnfrastruktur
17 İyul , 2017 11:54
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 17 iyul. REPORT.AZ/ Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, mövcud eni 7-9 metr arası dəyişən avtomobil yolu, layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş və 2 gəliş hərəkət zolağından ibarətdir.

Qeyd olunur ki, 14 km uzunluğunda olan avtomobil yolunun 8 km-lik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Ümumilikdə, yolun sözügedən hissəsinin təqribən 100 min kv.m sahəsinə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1,2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Bundan başqa, Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində isə aparılan təmir-tikinti işləri isə son mərhələdədir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılıb. Bundan öncə isə bu hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılaraq yekunlaşdırılıb. Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə layihə boyu 150 min kv.m-dən çox əraziyə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

"Layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurularaq eni 7 m-dən 12,5 m-ə qədər genişləndirilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün bir neçə yerdə xüsusi boruların quraşdırılması işləri aparılıb", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi