Biləsuvarda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb - FOTO

Biləsuvarda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb - FOTO Körpü yaxın günlərdə istifadəyə veriləcək
İnfrastruktur
24 Avqust , 2017 16:14
Biləsuvarda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb - FOTO
Report.az

Biləsuvar. 24 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb.

"Report"un Aran bürosunun məlumatına görə, bir aydan çox idiki qəzalı vəziyyətə düşən və təmirə bağlanan körpü yaxın günlərdə istifadəyə veriləcək. 

Ələt-Astara magistralının 91-ci kilometrliyində Biləsuvar rayonu ərazisindəki kollektor üzərində yerləşən körpünün qəzalı vəziyyətdə olması uzun müddət idi ki, həmin istiqamətlərdə nəqliyyatın hərəkətində problemlər yaradırdı. Sürücülər Biləsuvar rayonu ərazisindən keçərkən çətinliklərlə üzləşirdilər.

Xatırladaq ki, 1973-cü ildə inşa olunan yol qovşağı ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yararsız vəziyyətə düşmüşdü. Ümumi uzunluğu 30 metr, eni 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı. 

“Azəravtoyol” ASC tərəfindən körpünün dayaq və dəmir-beton plitələri yeniləri ilə əvəzlənərək əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi