Biləcəri-Binəqədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Biləcəri-Binəqədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur
İnfrastruktur
2 İyun , 2017 18:06
Biləcəri-Binəqədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq iyun ayının 3-dən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Report" bu barədə “Azəravtoyol”a istinadən xəbər verir.

Hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi