Yuxarı

​Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Məhdudiyyət təmir işləri ilə əlaqədardır

Bakı. 26 may. REPORT.AZ/ Təmir işləri ilə əlaqədar mayın 27-də Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir işlərinin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bilidrək ki, mayın 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy” və “Zaqatala”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xızı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Avrora” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi