Yuxarı
    Bağlamaq

    Betonvuran maşının dağıtdığı körpüdə qatarların hərəkəti dayandırılıb

    Hazırda körpü bərpa edilir

    Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 20-də betonvuran (pompa) nəqliyyat vasitəsinin yararsız vəziyyətə saldığı Bakı yük - Liman mənzilinin 16-cı km-də, M.Mehdizadə küçəsinin üzərində yerləşən körpüdə qatarların hərəkəti dayandırılıb.

    Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. 

    Onun sözlərinə görə, hazırda körpünün bərpa olunması üçün tədbirlər görülür.

    S.Qədirova qeyd edib ki, həmin gün saat 22:00-da körpüdə Ə.Əhmədovun idarə etdiyi 90-ZF-209 dövlət nömrə nişanlı betonvuran (pompa) nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib: "Buna səbəb nəqliyyat vasitəsinin M.Mehdizadə küçəsi ilə şəhər istiqamətində sürətli hərəkəti və sürücünün yol nişanlarının tələblərinə riayət etməməsi olub. Körpü əndazə nişanının tələbinə görə, onun altından 3,5 m-dən hündür nəqliyyat vasitələrinin hərəkəti qadağandır", - S.Qədirova əlavə edib.

    Xatırladaq ki, iki aşırımlı körpünün ümumi uzunluğu 30,6 metridi. Hər bir aşırımın uzunluğu 8,54 m-dir. Körpü 1935-ci ildə tikilib və sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi