Berlində aeroportların işi iflic olub

Berlində aeroportların işi iflic olub Lakin bu, Bakı-Berlin və Berlin-Bakı aviareyslərinin yerinə yetirilməsinə təsir etməyib
İnfrastruktur
10 Mart , 2017 14:01
Berlində aeroportların işi iflic olub
courtesy image

Bakı. 10 mart. REPORT.AZ/ Berlinin “Tegel” və "Şenefel" hava limanlarında işçilərin tətil keçirməsi Bakı-Berlin və Berlin-Bakı aviareyslərinin yerinə yetirilməsinə təsir göstərməyib.

“Report” xəbər verir ki, Berlinin hər iki hava limanında reyslərin təxirə salınmasına səbəb əmək haqlarının artırılmasını tələb edən yerüstü xidmət işçilərinin etiraz tətili keçirməsidir.

“Tegel” hava limanında 455 reys yerinə yetirilməyəcək, "Şenefel"də isə 204 reys ləğv edilib. Hava limanlarının rəhbərlikləri sərnişinlərdən reyslərin statusunu əvvəlcədən yoxlamağı xahiş edir.

“İstirahət günləri də daxil olmaqla, biz hər an danışıqlara getməklə yanaşı, yeni təkliflərə də hazırıq”, - deyə "Verdi" həmkarlar ittifaqının tətil təşkilatçıları bildirib.

Qeyd edək ki, sözügedən tətil səbəbindən “Aeroflot” aviaşirkəti də reys cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıb. Bəzi reyslər isə Drezdenə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi