Yuxarı
    Bağlamaq

    Belarus Azərbaycan daşıyıcıları üçün icazə kvotasını artırıb

    2017-ci ildə Azərbaycanın 1200-dək nəqliyyat vasitəsi Belarusdan keçə biləcək

    Bakı. 26 dekabr. REPORT.AZ/ Belarus 2017-ci ildə əcnəbi daşıyıcıların avtonəqliyyat vasitələrinin ölkə ərazisindən keçidinə verilən icazələrin sayını müəyyən edib.

    "Report" xəbər verir ki, ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin 14 dekabr 2016-cı il tarixli 35 saylı müvafiq qərarı rəsmi olaraq Milli Hüquq internet portalında dərc olunub.

    Sənədə əsasən, Belarus ərazisindən keçəcək Azərbaycan nəqliyyat vasitələri üçün kvotanın sayı 2016-ci ilə nisbətdə 800-dən 1200-ə qədər artırılıb.

    Keçid icazəsini ümumilikdə 45 ölkənin daşıyıcıları alacaq. Həmçinin Qırğızıstan (1000-dən 1500-dək), Moldova (7000-7500) və Monqolustan (250-350) üçün də icazələrin sayı artırılıb. Türkiyə daşıyıcılarına 3 min icazə veriləcək.

    Qərar 1 yanvar 2017-ci il tarixində qüvvəyə minəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi