Bakı. 7 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi Belarusa məxsus "Belavia aviaşirkəti" ASC-nin Azərbaycandakı nümayəndəliyini dövlət qeydiyyatına alıb. Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Nümayəndəlik Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 4/1 ünvanında yerləşir. Belarus şirkətinin qanuni təmsilçisi Rusiya vətəndaşı olan Vüqar Seyran oğlu Musayevdir.