Yuxarı

Bayram günlərində Azərbaycanın dəmir yolları ilə 37,4 min sərnişin daşınıb

Həmin günlərdə sərnişin qatarlarına əlavə 104 vaqon qoşulub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bayram günlərində (28 dekabr-4 yanvar) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına ümumilikdə əlavə 104 vaqon qoşulub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a daxil olan xəbərə görə, ümumilikdə, bayram günlərində, 8 gün ərzində ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə 37 380 nəfər sərnişin daşınıb: "Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər".

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentində yeni il ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunub, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi